Qvardiola “Liverpul” – “Mançester Siti” qarşılaşmasının favoritini açıqlayıb
İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola yetirmələrinin “Liverpul”a qarşı oyunda favorit hesab etmədiyini bildirib.
“Report” “şəhərlilər”in rəsmi istinadən xəbər verir ki, bunu ispaniyalı mütəxəssis oyunqabağı mətbuat konfransında açıqlayıb.
Premyer Liqanın dördüncü pilləsində qərarlaşan Qvardiolanın yetirmələri xalsız noyabrdan sonra dekabrın 1-də səfərdə – “Enfild” stadionunda Arne Slotun komandasına qarşı oynayacaqlar. Rəqiblərini böyük xal fərqi ilə arxada qoyan “qırmızılar”ın qələbəsi “şəhərlilər”in çempionluq yarışına həlledici zərbə ola bilər. “Mançester Siti”nin Premyer Liqa çərçivəsində “Enfild”dəki sonuncu zəfəri 2021-ci ilin fevral ayına, ondan qabaqkı isə ümumiyyətlə 21 il öncəyə təsadüf edir.
Ev sahibinin “oyuna tam əminliklə çıxacağını” deyən Qvardiola “söhbət böyük oyunlardan gedəndə favorit hesab olunmağın heç vaxt onun düşüncələrinə təsir etmədiyini və ya komandasına üstünlük vermədiyini” vurğulayıb.
“Enfild”də favorit olmuşuq və heç vaxt da qalib gəlməmişik. Yalnız bir dəfə, COVID dövründə, orada heç kim olmadığı vaxt bu mümkün olub. Heç nə dəyişməyib. Sözsüz, biz [favorit] deyilik, hazırda son oyunlarda nəticələrimizi yaxşılaşdırmırıq”, – komandanın çalışdırıcısı söyləyib.
Qeyd edək ki, noyabrın 29-da “Brayton”un autsayder “Sauthempton”a qarşı oyunda bir xal qazanması onu “Mançester Siti”ni ötərək ikinci pilləyə yüksəlməsinə kifayət edib. Bundan başqa, noyabrın 30-da “Arsenal” səfərdə “Vest Hem”i darmadağın edib və turnir cədvəlində “qağayılar” və “şəhərlilər”i geridə qoyaraq “Liverpul”un arxasında yer alıb. Hazırda ilk dördlüyü Qvardiolanın komandası qapayır.
Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri İngiltərə Premyer Liqasının qalibini proqnozlaşdırmışdı.
Oxşar xəbərlər
Qvardiola: “Mançester Siti” liqadan kənarlaşdırılsa belə, klubu tərk etməyəcəyəm
Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
KİV: Qvardiola “Mançester Siti” ilə müqaviləsini 1 il müddətinə uzadıb
“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
