Azərbaycan millisinin futbolçusu: "Bunun çətin olduğunu təsvir etmək asan deyil"
Bunun nə qədər çətin olduğunu təsvir etmək asan deyil, amma birlikdə bacardıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk şəxsi instaqram hesabında yazıb.
26 yaşlı müdafiəçi liqada başa çatan mövsümü dəyərləndirib:
"2024 mövsümünün sonu. İş bitdi. İl ərzində azarkeşlərin dəstəyi böyük idi. Növbəti mövsümə yaxşı hazırlaşacağıq. Birlikdə böyük hədəflərə çatmaq istəyirik. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan belə klubu təmsil etdiyim üçün fəxr edirəm".
Qeyd edək ki, “Tedjon Xana Sitizen” mövsümü 38 turdan sonra 48 xalla 8-ci pillədə başa vurub. Cənubi Koreya çempionatında 12 komanda mübarizə aparır. Sonuncu sıradakı "İnçhon Yunayted" (39 xal) aşağı dəstəyə düşüb. 10-cu yerdəki "Çonbuk" (42 xal) və 11-ci olan "Tequ" (40 xal) pley-offda oynayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
"Fənərbağça"nın futbolçusu mövsümü başa vurub
Cənubi Koreya klubunun məşhur futbolçusu ilə bağlı araşdırmalara başlanılıb
Azərbaycan millisinin kapitanı: Qadın futbolunu yaxşı yerlərə gətirib çıxara bilmişik
Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












