sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə anlaşıb
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.
"Report" xəbər verir ki, bu barədə yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında paylaşım edib.
O, 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb. Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu icarəyə götürmək istəyir
Türkiyə klubu Niderland millisinin hücumçusu ilə anlaşıb
Azərbaycan millisinin futbolçusu Finlandiya klubuna keçib
"Mançester Yunayted"in futbolçusu sabiq klubuna qayıdır
Ramil Şeydayevin Türkiyə klubuna qoşulacağı tarix müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













