Azərbaycan millisinin kapitanı: Qadın futbolunu yaxşı yerlərə gətirib çıxara bilmişik
Qadın futbolunu yaxşı yerlərə gətirib çıxara bilmişik.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.
30 yaşlı kapitan Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya millisinə qarşı keçirəcəkləri matç haqqında fikirlərini bildirib:
“Qarşımıza qoyulan məqsədə çatıb pley-offa vəsiqə qazandıq. Bizi necə çətin oyunların gözlədiyi rəqibin adından bəllidir. Amma bu hal məni çox sevindirir. Çünki qısa zamanda Azərbaycan adına bir çox uğurlu nəticələr əldə edə bildik. Təbii ki, pley-offda asan rəqib olmur. Axıracan vuruşub azarkeşlərimizi sevindirmək, son oyunlardakı məğlubiyyətləri bir növ unutdurmaq istərdik. Düşünürəm ki, bura qədər gəlib çıxmaq belə bizim üçün uğurdur. İki dəfə ard-arda tarix yazmağı bacardıq. Təbii ki, daha yaxşı nəticələr üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, birinci pley-off mərhələsində komanda ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.
Oxşar xəbərlər
“Xəzri”nin kapitanı: “Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayer 04"ün kapitanı: İlk hissədə nə baş verdiyini anlaya bilmədik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın direktoru: "Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












