Estoniya yığmasının baş məşqçisi: "Azərbaycanla ötən oyunda olduğu kimi yaxşı nəticə qazanmağa çalışacağıq"
Ötən oyunda olduğu kimi yaxşı nəticə qazanmağa çalışacağıq.
"Sizinxeber.az"un Şimal-qərb bürosu xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun matçından əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycana qələbə qazanmaq üçün gəldiklərini bildirib:
"Ötən oyunda olduğu kimi yaxşı nəticə əldə etməyə çalışacağıq. Hər bir milli komanda daha yüksək Liqada çıxış etmək istəyər. Onu da nəzərə alaq ki, bizim qrup güclü yığmalardan təşkil olunub. Qrupda yer alan digər komandalar Azərbaycan və Estoniya üçün çətin rəqiblərdir. Sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Önəmli olan komandanın performansı və meydandakı çıxışıdır".
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"
Estoniya millisinin üç futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək
"Omoniya"nın baş məşqçisi: Sabahkı oyunda nəticə qazanmağa çalışacağıq
Azərbaycan millisinin futbolçusu: "Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram"
Musa Qurbanlı: "İnanıram ki, Estoniya ilə matçda yaxşı oyun göstərəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
