sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb
“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıb. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009 mövsümündə qeydə alınıb.
Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun yetirmələri Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib.
Oxşar xəbərlər
Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib
Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
“Qəbələ” 27 aydır “Sabah”a qalib gələ bilmir - ARAŞDIRMA
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













