Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib
Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
“Sizinxeber.az”un Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.
Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.
O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.
Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.
Qeyd edək ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












