sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.
“Report”un məlumatına görə, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Premyer Liqa: “Sabah” autsayderə məğlub olub
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Azərbaycan Kuboku: "Zirə" 1/4 finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













