Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib
sizinxeber.az xəbər saytı

Avropa Liqası: "Qarabağ" İsveçdə "Hakken"ə qalib gəlib


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"Ölkə.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.

Oxşar xəbərlər

Avropa Liqası: “Hakken” - “Qarabağ” oyunu başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç klubuna qarşı oynamış futbolçu: “Qarabağ” “Hakken”i məğlub edəcək gücdədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ”-“Molde” oyununa satılan biletlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar siyahısında göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qarabağ” – “Bayer” oyununa satılmış biletlərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər