“Qarabağ” uğursuz seriyaya son qoyaraq qələbə qazanıb
sizinxeber.az xəbər saytı

“Qarabağ” uğursuz seriyaya son qoyaraq qələbə qazanıb


“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”lə qarşılaşıb.

Ağdamlılar matça fəal başlayıb. 2 qol vuran təmsilçimiz qapısında 1 top görüb. Bununla da, "Qarabağ" Avropa Liqasında mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub.

UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur

7 noyabr

21:45 "Bodo-Qlimt" (Norveç) – "Qarabağ" 1:2
Qollar: Patrik Berq, 41 - Toral Bayramov, 22, Abdullah Zubir, 69
Baş hakim: Luis Qudinyu (Portuqaliya)

"Bodo Qlimt": 12. Nikita Haikin, 20. Fredrik Sjovold, 2. Villads Nielsen, 4. Odin Bjortuft, 15. Fredrik Andre Bjorkan, 26. Hakon Evjen, 7. Patrik Berq (k), 14. Ulrik Saltnes, 77. Filip Zinckernagel, 23. Jens Petter Hauge, 94. August Mikkelsen

Baş məşqçi: Kjetil Knutsen

"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Emmanuel Adday, 23. Aleksey Kaşuk, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Oxşar xəbərlər

"Beşiktaş" doğma meydanda "Malmö" üzərində qələbə qazanıb
Avropa Liqası: “Bodo-Qlimt”-"Qarabağ" oyununun hakimləri bəlli olub
Avropa Liqası: "Qarabağ" "Ayaks"a uduzub
Avropa Liqası: “Qarabağ” “Tottenhem”ə məğlub olub
UEFA Avropa Liqası: "Qarabağ" səfərdə Norveç klubu ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər