Bundesliqa təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib
Almaniya Bundesliqası təmsilçisi "Bohum"un yeni baş məşqçisi müəyyənləşib.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Diter Hekinq təyin edilib.
Almaniya çempionatının autsayderi 60 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Oktyabrda vəzifəsindən göndərilən Peter Tsaydleri əvəzləyən D.Hekinq 2015-ci ildə "Volfsburq"la Almaniya Kuboku və Superkubokunu qazanıb, həmçinin Bundesliqada ikinci yeri tutub. Həmin vaxt Almaniyada ilin məşqçisi seçilən mütəxəssis daha sonra "Borussiya" (Münhenqladbax), "Hamburq" və "Nürnberq" klublarını çalışdırıb.
Qeyd edək ki, "Bohum" komandası turnir cədvəlində 9 turdan sonra 1 xalla sonuncudur.
Oxşar xəbərlər
Superliqa təmsilçisinin yeni baş məşqçisi bəlli olub
Almaniya klubu qapıçısı ilə uzunmüddətli yeni müqavilə imzalayıb
Rusiya klubunun yeni baş məşqçisi müəyyənləşib
İngiltərə Premyer Liqasında avqustun ən yaxşı baş məşqçisi müəyyənləşib
Serbiya klubunun yeni baş məşqçisi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
