AFFA dörd komandaya texniki məğlubiyyət verib
AFFA aşağı yaş liqalarında iştirak edən dörd komandaya - "Sabirabad", "Şirvan", "Lokomotiv" və "Laçın"a texniki məğlubiyyət verib.
"Report"un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.
U-14 Liqasında çıxış edən "Sabirabad", "Araz-Saatlı" ilə matça gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Həmçinin U-11 Liqasında "Lokomotiv" komandası "Şamaxı" ilə matçda, U-10 Liqasında isə "Laçın" kollektivi "Baku Sporting"lə görüşdə təyin edilən vaxtda meydanda olmadığı üçün cəzaya məruz qalıb.
U-12 Liqasının iştirakçısı "Şirvan" isə "Aran"la görüş üçün heyətində yetərsay olmadığına görə texniki məğlubiyyət alıb.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi 8 komandaya texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib
"Zirvə" komandasına texniki məğlubiyyət verilib
"Qarabağ" və "Sumqayıt"ın əvəzedici komandalarına texniki məğlubiyyət verilib
"Göygöl" komandasına texniki məğlubiyyət verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
