AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
okt
2024
13:30
0
0
1 682
ff

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib

11 okt, 2024
13:30
1 682

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

"Report" xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

Gənclər Liqasında keçirilən “Zirə” – “Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Latsio Baku” –“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Bayern Baku” – “Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.

Bizimlə əlaqə saxlayın

×
×