"Araz-Naxçıvan"ın baş məşqçisi: "Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq"
On gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq.
"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Şahdağ Qusar"ı məğlub edən (4:0) "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Premyer Liqa oyunlarında az və ya heç şans vermədikləri futbolçularla meydana çıxdıqlarını söyləyib:
"Çünki qarşıda sıx oyun qrafikimiz var. Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar. Buna görə futbolçuları təbrik edirəm. Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı. Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlarda uğurlar arzulayırıq”.
Qeyd edək ki, Naxçıvan təmsilçisi 1/8 finalda "Mingəçevir" - "Zaqatala" duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Fehervar"ın baş məşqçisi: Rəqibimiz fiziki cəhətdən güclü komanda idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Araz-Naxçıvan"ın məşqçisi: Avrokubok zonasına düşə bilsək, şad olarıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Araz-Naxçıvan”ın futbolçusu: Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












