AFFA Hakimlər Komitəsinin sabiq sədri “Qarabağ” - “Ayaks” matçındakı hakim idarəçiliyini dəyərləndirib
AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” - “Ayaks” (Niderland) matçındakı hakim idarəçiliyini dəyərləndirib.
Mütəxəssis “Report”a açıqlamasında şotlandiyalı Nikolas Uolşun qəbul etdiyi qərarların doğru olduğunu vurğulayıb.
“Hakimin “Ayaks”a simpatiya bəslədiyini deməzdim. Sadəcə, "Qarabağ"a qarşı çox sərt idi. Düzdür, istəyirik ki, hər şey yaxşı olsun. Amma baş hakimin təyin etdiyi penalti, futbolçulara göstərdiyi qırmızı vərəqələr doğru idi. “Qarabağ”ın vurduğu qol zamanı qeydə alınan ofsayd qərarı da düzgün idi”, - deyə o bildirib.
X.Məmmədov bir epizodun mübahisə doğura biləcəyini söyləyib:
“Yalnız Marko Yanukoviçə qarşı qayda pozuntusu bir qədər mübahisə doğura bilər. Çünki həmin vaxt mübarizə gedirdi və Yanukoviç də rəqibini tuturdu. Ancaq belə məqamlarda adətən meydan sahiblərinin xeyrinə qərar verirlər. Onsuz da komanda azlıqda qalmışdı. “Ayaks” qırmızı vərəqədən sonra özünü suda balıq kimi hiss edirdi. Fiziki cəhətdən onsuz da güclü idilər. Üstəlik, bir oyunçu üstün oldular. Buna baxmayaraq, birinci hissədə “Qarabağ” 10 nəfərlə əla oynayırdı. İkinci hissədə isə komandada artıq güc qalmamışdı”.
Qeyd edək ki, şotlandiyalı FIFA referisi Nikolas Uolşun idarə etdiyi görüş Niderland klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" oyunu başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Ayaks" oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ayaks"ın baş məşqçisi: "İlk hissədə "Qarabağ" fantastik oyun nümayiş etdirdi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












