“Bavariya” rəsmisi Barselonada oğruların hücumuna məruz qalıb
Almaniyanın "Bavariya" klubunun menecerlərindən biri Çempionlar Liqasında bu gün “Barselona”ya qarşı keçirəcəkləri matçdan əvvəl oğruların hücumuna məruz qalıb.
“Sizinxeber.az” “El Nacional”a istinadən xəbər verir ki, Münhen klubunun nümayəndəsi gəzinti zamanı qarət edilib.
Klub rəsmisinə yaxınlaşan gənc oğlan onun fikrini yayındırmaq üçün bir neçə qısa sual verib. Bu zaman menecerin bahalı saatı, pul kisəsi və telefonu oğurlanıb.
Zərərçəkən hadisədən sonra polisə müraciət edib. Hüquq-mühafizə orqanları oğurlanmış əşyaların geri qaytarılmasının çox çətin olacağı barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turununun "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) matçının start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Oxşar xəbərlər
"Bavariya"nın futbolçusu "Barselona"da çıxış etmək istəyir
UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura 9 oyunla yekun vurulacaq
"Bavariya"nın qapıçısı zədəsini sağaldıb
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
