"Barselona"nın prezidenti Dani Olmonun qiymətini açıqlayıb
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta bu yay Almaniya təmsilçisi "Leyptsiq"dən transfer etdikləri Dani Olmonun qiymətini açıqlayıb.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, prezident 26 yaşlı ispaniyalı yarımmüdafiəçiyə 47 milyon avro ödədiklərini söyləyib.
O, yay fasiləsində cəmi iki transfer həyata keçirdiklərini bildirib:
"Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi, lakin idman direktorumuz bu vəziyyətin öhdəsindən gəldi. Yayda transferlərimiz Dani Olmo və Pau Viktor oldu. Biz böyük transferlər üçün 50 milyon avro xərcləməyi düşünürdük. Olmo bizə 47 milyon avroya başa gəldi".
Qeyd edək ki, İspaniya yığmasının yarımmüdafiəçisi cari mövsümdə Kataloniya klubunun heyətində üç oyun keçirib və 3 qol vurub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Oxşar xəbərlər
"Barselona" ispaniyalı futbolçunun transferini açıqlayıb
"Barselona"nın futbolçusu zədələnib
"Barselona"nın aparıcı futbolçusu İngiltərə klubuna keçə bilər
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
