Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib
Azərbaycan Premyer Liqasında "Kəpəz" "Neftçi"yə qalib gəlib.
"Report" xəbər verir ki, IX turun açılış matçında, Tovuz şəhər stadionunda "ağ-qaralar"ı qəbul edən Gəncə təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb - 4:3.
Meydan sahiblərinin heyətində Orxan Əliyev (24, 32) dubl müəllifi olub. Mahamadu Ba (41) və Viktor Braqa (48) isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandadan Ervin Koffi (4), Ramil Şeydayev (31) və Ağadadaş Salyanski (90+5) adını tabloya yazdırıb.
Bu qələbə sayəsində turnir cədvəlinin sonuncu sırasında qərarlaşan "Kəpəz" hesabına ilk 3 xalı yazdırıb. "Neftçi" isə 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 5-6-da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib
Azərbaycan Premyer Liqası: IX tura 1 oyunla start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
