Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”
sizinxeber.az xəbər saytı

Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”


“Məğlub olmağımız utancvericidir”.

“Sizinxeber.az”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”.

Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: “Bu gün hücum xəttində olan bütün oyunçuları meydana buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”.

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib.

Oxşar xəbərlər

“Sabah”ın məşqçisi: “Rəqibi müdafiəmizlə məğlub etdik”
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
“Turan Tovuz”un 250 oyun keçirən kapitanı: “Heç kim onun rekordunu qıra bilməyəcək” - MÜSAHİBƏ + FOTO
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi”
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər