

Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”
“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”.
“Sizinxeber.az”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib: “Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
Oxşar xəbərlər
“Qarabağ”ın müdafiəçisi “Braqa” ilə oyunları buraxacaq
"Qarabağ"ın direktoru: "Bu sınaqdan üzüağ çıxmaq üçün əlimizdən gələni edəcəyik"
Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu
"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük"
“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
