"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib
"Neftçi"nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Heyətə cəlb olunan oyunçular qapıçı Aytac Şərifova (sonuncu klubu “Trabzonspor”, Türkiyə), müdafiəçilər Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor”, Türkiyə), Güzide Alçu (“Amedspor”, Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şehriban Dülek (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan) və hücumçu Xanım Əsədovadır (“Sabah”).
Baş məşqçi Siyasət Əsgərovun kollektiv UEFA Çempionlar Liqasının I mərhələsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.
Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Sankt-Pölten” - "Neftçi" oyununun təyinatları açıqlanıb
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib
"Neftçi" "Sabah"ın qapıçısını icarəyə götürüb
Azərbaycan klubu heyətini yeni voleybolçu ilə gücləndirib
Türkiyə Superliqasında III turun bir neçə oyunu təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












