Avrokuboklar tarixində ən uzun penaltilər seriyası qeydə alınıb
sizinxeber.az xəbər saytı

Avrokuboklar tarixində ən uzun penaltilər seriyası qeydə alınıb


UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan "Ayaks" (Niderland) - "Panatinaikos" (Yunanıstan) matçında qitə kubokları tarixinin ən uzun penaltilər seriyası qeydə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu cütün qalibi penaltilər seriyasında müəyyənləşib.

Komandalar hərəyə 17 zərbə vurub. Niderland klubu 13:12 hesabı ilə qələbə qazanıb və pley-off mərhələsinə yüksəlib. Bu, avropakuboklar tarixinə ən uzun penaltilər seriyası kimi düşüb.

Qeyd edək ki, Amsterdamda baş tutan qarşılaşmanın əsas vaxtı Yunanıstan klubunun 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda isə Niderland təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

Oxşar xəbərlər

İngiltərə Superkubokunun qalibi bəlli olub
Rəşad Sadıqov: Penaltilər seriyasından əvvəl qapıçını tənqid etdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər