Qəzaya düşən PFL prezidentinin müalicəsi ev şəraitində davam edəcək
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu ayın sonunda evə buraxıla bilər.
Bunu "Report"a açıqlamasında PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.
O bildirib ki, qurum rəhbərinin fizioterapiyası hələlik xəstəxana şəraitində davam edir: "Bərpa prosesi uğurla keçir. Əhval-ruhiyyəsi yaxşıdır. Gözlənilir ki, bu ayın sonunda evə buraxılsın. Fizioterapiyası, müalicəsi ondan sonra ev şəraitində davam edəcək. Yəni artıq xəstəxanada qalmasına ehtiyac olmayacaq. Vitse-prezident Aslan Şahgəldiyevdə olduğu kimi, Elxan müəllim də, sadəcə, tam bərpa məqsədilə bir müddət fizioterapiya üçün həmin xəstəxanaya gəlib-gedəcək".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
