İngiltərə millisinin səkkiz futbolçusu heyətdən çıxarılıb
İngiltərə yığmasının səkkiz futbolçusu Yunanıstan və İrlandiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan heyətdən çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Bunlar qapıçı Aaron Ramsdeyl ("Sauthempton"), müdafiəçilər Trent Aleksander-Arnold ("Liverpul"), Levi Kolvill ("Çelsi"), yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş (hər ikisi "Mançester Siti"), Koul Palmer ("Çelsi"), Deklan Rays və Bukayo Sakadır (hər ikisi "Arsenal).
Onların əvəzinə qapıçı Ceyms Trafford ("Bernli"), müdafiəçilər Carred Brantueyt ("Everton"), Tino Livramento ("Nyukasl"), yarımmüdafiəçi Morqan Rocers ("Aston Villa"), və hücumçu Carrod Bouen ("Vest Hem") yığmaya cəlb edilib.
Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Yunanıstan, üç gün sonra İrlandiya ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
İngiltərə Premyer Liqasında XXI əsrin ən yaxşı məşqçilərinin reytinqi tərtib olunub
İngiltərə Premyer Liqasının ən yaxşı cinah oyunçusu müəyyənləşib
"Liverpul"un müdafiəçisi iki həftə futbol oynamayacaq
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
