"Qəbələ"nin baş məşqçisi: "Futbolçular meydana ağır yüklənmələr fonunda çıxmışdılar"
"Qəbələ"nin futbolçuları "Şamaxı" ilə oyunda meydana ağır yükləmələr fonunda çıxıblar.
Bunu "Sizinxeber.az"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis ötən gün "Şamaxı"ya qalib gəldikləri yoxlama oyunundan razı qalıb:
"Bu bir sınaq matçı idi. Hər iki komanda yüklənmələr fonunda yaxşı oyun sərgiləməyə çalışdı. Maraqlı qarşılaşma alındı. Hər iki kollektiv bütün futbolçulara şans verdi. Düzdür, qələbə qazanmaq xoşdur. Amma əsas olan müəyyənləşdirdiyimiz plan üzrə irəliləməkdir. Hazırlıqlar davam edir. Futolçularıma təşəkkür edurıəm. Çünki həqiqətən ağır yüklənmələr fonunda meydana çıxmışdılar. Onlar meydanda çox güc sərf edirlər".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Qəbələ" yoxlama matçında "Şamaxı"ya qalib gəlib
"Qəbələ" ilə "Şamaxı" yoxlama matçı keçirib
"Gəncə"nin baş məşqçisi: "Bəzi oyunçular xəstə olsalar da, meydana çıxmışdılar"
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













