"Qəbələ"nin baş məşqçisi: Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabər olacaq"
sizinxeber.az xəbər saytı

"Qəbələ"nin baş məşqçisi: Kaxaber Sxadadze: "Hər oyun bizim üçün finala bərabər olacaq"


Misli Premyer Liqasında hər matç "Qəbələ" üçün finala bərabər olacaq.

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu komandanın baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında deyib.

Mütəxəssis "Araz-Naxçıvan"la heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIX turunun oyunundan sonra fikirlərini bölüşüb: "Bu gün iki xal itirdik. Birinci hissə gərgin keçdi. Bu, normaldır. Çünki turnir cədvəlində yaxşı vəziyyətdə deyilik. İkinci yarıda daha yaxşı oynadıq. Qol vəziyyətləri yaratdıq. Amma sonluğu gətirə bilmədik.

Son zərbələri tamamlamaqla bağlı problemlər var. Mübarizə davam edir. Hər qarşılaşma bizim üçün finala bərabər olacaq".

O, azarkeşlərə dəstəyə görə təşəkkür edib: "Sonadək komandanın yanında olmalarını xahiş edirəm. Hər matçda döyüşmək və mübarizə aparmaq lazımdır. Bu gün "Araz-Naxçıvan"ın rahat qələbə qazanacağını düşünənlər var idi. Amma biz belə olmadığını göstərdik".

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Böyük futbol xırda detallardan ibarətdir"
"Turan Tovuz"un məşqçisi: "Araz-Naxçıvan"la matçda 2 xal itirdik"
Andrey Demçenko: "Qarşımıza son iki oyunda 6 xal qazanmaq məqsədi qoyulmuşdu"
"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"
"Kəpəz"in baş məşqçisi: "1 xal qazanmağımız yaxşı nəticədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər