Coy Lens Mikels "Sabah"ın heyətində 70-ci qolunu vurub
sizinxeber.az xəbər saytı

Coy Lens Mikels "Sabah"ın heyətində 70-ci qolunu vurub


Coy Lens Mikels "Sabah"ın heyətində 70-ci qolunu vurub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, "Zirə" ilə ev görüşündə (2:2) fərqlənib.

Mikels bu göstərici ilə "Sabah" tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, Mikels "Sabah"da ilk qolunu 2021-ci il sentyabrın 26-da "Neftçi" ilə çempionatdakı ev oyununda (1:2) vurub.

Oxşar xəbərlər

Coy Lens Mikels Bahodir Nasimovun rekordunu təkrarlayıb
Lider "Sabah" Premyer Liqanın XXVII turunda xal itirib
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub
"Sabah" qələbə qazanaraq Premyer Liqada liderliyini möhkəmləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər