İtaliya Futbol Federasiyası Rafael Benitesin namizədliyini nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

İtaliya Futbol Federasiyası Rafael Benitesin namizədliyini nəzərdən keçirir


Luçano Spalettinin İtaliya millisinin baş məşqçisi postundan istefa verməsi və Klaudio Ranyerinin vakant vəzifəni tutmaqdan imtina etməsindən sonra İtaliya Futbol Federasiyası ispaniyalı mütəxəssis Rafael Benitesin namizədliyini nəzərdən keçirir.

"Sizinxeber.az"un İtaliya mətbuatına istinadən məlumatına görə, Benites özü də komandaya rəhbərlik etməyə hazırdır.

İtaliya Futbol Federasiyası üçün təcrübəli mütəxəssisin namizədliyi bir neçə səbəbə görə cəlbedicidir. O, vaxtilə İtaliyada işləyib, yerli futbolun xüsusiyyətlərinə yaxından bələddir. Benites "İnter"lə İtaliya Superkubokunu və klublararası dünya çempionatını, "Napoli" ilə isə İtaliya kubokunu və Superkubokunu qazanıb.

Oxşar xəbərlər

Millinin baş məşqçisi İtaliya futbolunun Şöhrət Zalına daxil ediləcək
Klaudio Ranyeri İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib
“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya Superkubokunun finalına yüksəlib
Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub
İtaliya A Seriyası: "İnter" "Fiorentina"nı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər