AFFA İntizam Komitəsi I Liqa klublarının futbolçularını diskvalifikasiya edib
sizinxeber.az xəbər saytı

AFFA İntizam Komitəsi I Liqa klublarının futbolçularını diskvalifikasiya edib


AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in hücumçusu Amil Yunanovu 4 oyunluq diskvalifikasiya edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

Futbolçu XXV turda "Şahdağ Qusar"a qarşı keçirilən matçın ardından azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, komandası 3000 manat cərimə edilib.

Onun komanda yoldaşı Elnur Mirzəyev görüş başa çatdıqdan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 1200 manat cərimələnib.

Bundan başqa, "Şahdağ Qusar"ın heyətində 4, "Mingəçevir"də isə 6 futbolçu sarı vərəqə aldığı üçün hər iki komanda ayrılıqda 210 manat cərimə ödəməli olacaq.

Eyni turda "Zaqatala" və "Səbail" komandalarının futbolçuları - İlkin Qırtımov və Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar. Nəticədə hər iki oyunçu 3 oyunluq diskvalifikasiya olunub, klubları isə ümumilikdə 2400 manat cərimələnib.

Oxşar xəbərlər

AFFA iki futbolçunu dörd oyunluq diskvalifikasiya edib
"Səbail" klubu İntizam Komitəsinin qərarı ilə 2610 manat cərimələnib
AFFA bir baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb
“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb
AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər