UEFA Çempionlar Liqası: "Arsenal" finalda "PSJ" ilə qarşılaşacaq
sizinxeber.az xəbər saytı

UEFA Çempionlar Liqası: "Arsenal" finalda "PSJ" ilə qarşılaşacaq


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Sizinxeber.az" xəbər verir ki, Almaniyanın "Bayern Münhen" klubu öz meydanında Fransanın "PSJ" komandasını qəbul edib.

Parisdə keçirilən ilk qarşılaşma "PSJ"nin 5:4 hesablı qələbəsi bitmişdi.

Cavab görüşündə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.

Matçın sonunda (90+4) "Bayern Münhen"in futbolçusu Haari Keyn bərabərlik qolunu vurub. Lakin iki oyunun nəticəsinə əsasən, "PSJ" finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında İngiltərənin "Arsenal" klubu öz meydanında İspaniyanın "Atletiko Madrid" komandasını minimal hesabla məğlub edərək finalda iştirakını təmin etmişdi.

Beləliklə UEFA Çempionlar Liqasının finalına "Arsenal" "PSJ" ilə qarşılaşacaq.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib
UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq
"Arsenal" UEFA Çempionlar Liqasının ilk finalçısı olub
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
"Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər