Eder Militao DÇ-2026-nın final mərhələsinə qədər sağala bilər
İspaniyanın "Real" klubunun zədəli müdafiəçisi Eder Militao DÇ-2026-nın final mərhələsinə qədər bərpa oluna biləcək.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Braziliya millisinin 28 yaşlı üzvü əlavə tibbi müayinələrdən keçəcək.
Daha əvvəl Madrid təmsilçisi oyunçunun sol ayağının bud nahiyəsindən zədə aldığını açıqlayıb.
Braziliya seçməsi mayın 31-də Panama, iyunun 7-də isə Misir komandası ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Cənubi Amerika təmsilçisi dünya çempionatının qrup mərhələsində ilk oyununu iyunun 14-də Mərakeş yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, E.Militao Braziliya millisinin heyətində meydana çıxdığı 38 matçda iki qol vurub. Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Oxşar xəbərlər
"Real" müdafiəçisi Eder Militaoya əvəzləyici tapıb
Braziliya bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub
"Real"ın futbolçusu Braziliya millisinin növbəti oyunlarını buraxacaq
Rivaldo Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyununu tənqid edib
Felipe Melo Braziliya klubundan ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
