“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
sizinxeber.az xəbər saytı

“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb


Türkiyə Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Apasport.az xəbər verir ki, turun ikinci günündə diqqət çəkən qarşılaşmalardan biri Qara dəniz derbisi olub.

“Samsunspor” ilə “Trabzonspor” arasında keçirilən oyunun əsas və əlavə vaxtında hesab açılmayıb.

Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan “Trabzonspor” 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər oyunda isə “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbul təmsilçisinin qollarını El Bilal Ture, Hyon Gyu Oh və Orkun Kökçü vurublar.

Beləliklə, yarımfinal mərhələsində “Trabzonspor” “Gənclərbirliyi” ilə, “Beşiktaş” isə “Konyaspor”la qarşılaşacaq.

Oxşar xəbərlər

“Trabzonspor” autsayderə çətinliklə qalib gəlib, “Beşiktaş” heç-heçə edib
"Beşiktaş" öz meydanında "Trabzonspor"u məğlub edib
"Trabzonspor" 3 xalı 4 qolla qazanıb
“Beşiktaş” kubokla vidalaşıb
“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər