"Barselona" Runi Bardaqjini növbəti mövsüm icarəyə göndərməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

"Barselona" Runi Bardaqjini növbəti mövsüm icarəyə göndərməyi planlaşdırır


"Barselona" hücumçusu Runi Bardaqjini növbəti mövsümdə icarəyə göndərməyi planlaşdırır.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, 20 yaşlı isveçli futbolçuya artıq "Monako" (Fransa), "Portu" (Portuqaliya) və "Ştutqart" (Almaniya) komandaları maraq göstərməyə başlayıblar.

İcarə ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

Bardaqji cari mövsümdə bütün turnirlərdə ümumilikdə 23 matçda meydana çıxıb. O, bu görüşlərdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Runi Bardaqjinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
"Barselona" klubu yeni transferini açıqlayıb
"Atletiko" "Barselona"nın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir
Lamin Yamal Çempionlar Liqasında rekorda imza atıb
"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər