"Atletiko" "Barselona"nın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

"Atletiko" "Barselona"nın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir


İspaniyanın "Atletiko" klubu La Liqanın digər təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmaq niyyətindədir.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, əsas heyətdə daimi şans qazanmaq istəyən 21 yaşlı ispaniyalı futbolçu isə "Barselona"dan ayrılmaq fikrində deyil.

Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 36 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" M.Kasadonun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Atletiko" Avropa çempionunu heyətinə qatmaq istəyir
"Barselona"nın yarımmüdafiəçisi İspaniyanın digər klubuna keçə bilər
"Barselona" dünya çempionunu heyətinə qatmaq istəyir
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
"Atletiko" yarımmüdafiəçisini Braziliya klubuna satıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər