UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinalçılar bəlli olub.

APA xəbər verir ki, gecənin nəticələrinə əsasən, Almaniyanın “Frayburq” klubu səfərdə “Selta”nı 3:1 hesabı ilə məğlub edərək (ümumi hesab 6:1) növbəti mərhələyə yüksəlib.

İngiltərənin “Aston Villa” komandası isə doğma meydanda İtaliyanın “Bolonya” klubunu 4:0 hesabı ilə darmadağın edib və ümumi hesabda 7:1 üstünlüklə yarımfinala vəsiqə qazanıb.

Digər oyunda İngiltərənin “Nottingem Forest” klubu “Portu” üzərində 1:0 hesablı qələbə qazanaraq (ümumi hesab 2:1) yarımfinala yüksəlib.

Günün ən gərgin qarşılaşmalarından birində isə Portuqaliyanın “Braqa” klubu səfərdə “Betis”i 4:2 hesabı ilə məğlub edib və ümumi hesabda 5:3 üstünlüklə növbəti mərhələyə adlayıb.

Beləliklə, “Frayburq”, “Aston Villa”, “Nottingem Forest” və “Braqa” UEFA Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqasında ilk yarımfinalçılar müəyyənləşib
Konfrans Liqasında yarımfinalçılar bəlli olub
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəlib
Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəlib
UEFA Avropa Liqasında bu gün yarımfinalçılar bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər