UEFA Avropa Liqasında ilk yarımfinalçılar müəyyənləşib
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqasında ilk yarımfinalçılar müəyyənləşib


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra ilk yarımfinalçılar bəlli olub.

Sizinxeber.az xəbər verir ki, gecənin nəticələrinə əsasən, Almaniyanın “Frayburq” klubu səfərdə “Selta”nı 3:1 hesabı ilə məğlub edərək (ümumi hesab 6:1) növbəti mərhələyə yüksəlib.

İngiltərənin “Aston Villa” komandası isə doğma meydanda İtaliyanın “Bolonya” klubunu 4:0 hesabı ilə darmadağın edib və ümumi hesabda 7:1 üstünlüklə yarımfinala vəsiqə qazanıb.

Digər oyunda İngiltərənin “Nottingem Forest” klubu “Portu” üzərində 1:0 hesablı qələbə qazanaraq (ümumi hesab 2:1) yarımfinala yüksəlib.

Günün ən gərgin qarşılaşmalarından birində isə Portuqaliyanın “Braqa” klubu səfərdə “Betis”i 4:2 hesabı ilə məğlub edib və ümumi hesabda 5:3 üstünlüklə növbəti mərhələyə adlayıb.

Beləliklə, “Frayburq”, “Aston Villa”, “Nottingem Forest” və “Braqa” UEFA Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparacaq.

Oxşar xəbərlər

Konfrans Liqasında yarımfinalçılar bəlli olub
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəlib
Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəlib
UEFA Avropa Liqasında bu gün yarımfinalçılar bəlli olacaq
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər