Konfrans Liqasında yarımfinalçılar bəlli olub
sizinxeber.az xəbər saytı

Konfrans Liqasında yarımfinalçılar bəlli olub


UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala vəsiqə qazanan komandalar bəlli olub.

Sizinxeber.az xəbər verir ki, Niderlandın AZ klubu doğma meydanda Donetsk “Şaxtyor”u ilə 2:2 hesablı heç-heçə edib. Lakin ilk oyunun nəticəsinə görə (ümumi hesab 2:5) Ukrayna təmsilçisi yarımfinala yüksəlib.

Fransanın “Strasburq” komandası Almaniyanın “Maynts 05” klubunu 4:0 hesabı ilə darmadağın edərək ümumi hesabda 4:2 üstünlüklə növbəti mərhələyə adlayıb.

Yunanıstanın AEK klubu İspaniyanın “Rayo Valyekano” komandasını 3:1 hesabı ilə məğlub etsə də, ilk oyundakı məğlubiyyətə görə (ümumi hesab 3:4) mübarizəni dayandırıb və yarımfinala İspaniya təmsilçisi yüksəlib.

İtaliyanın “Fiorentina” klubu isə İngiltərənin “Kristal Pelas” komandasına 2:1 hesabı ilə qalib gəlsə də, ümumi hesabda 2:4 geridə qaldığı üçün turnirlə vidalaşıb. Yarımfinala İngiltərə təmsilçisi yüksəlib.

Beləliklə, UEFA Konfrans Liqasında yarımfinalda “Şaxtyor”, “Strasburq”, “Rayo Valyekano” və “Kristal Pelas” komandaları mübarizə aparacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqasında ilk yarımfinalçılar müəyyənləşib
Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinala yüksəlib
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçları baş tutub
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər