İranın mundialdan kənarda qalması AFC və UEFA komandalarına əlavə imkan yarada bilər
sizinxeber.az xəbər saytı

İranın mundialdan kənarda qalması AFC və UEFA komandalarına əlavə imkan yarada bilər


İran millisi bu il dünya çempionatına qatılmayacağı təqdirdə FIFA qitələrarası pley-off oyunlarının təşkilini nəzərdən keçirir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdəki gərgin vəziyyətə görə İran mundiala qatılmaya bilər. Bu halda vəsiqə qazana bilməyən yığmaların turnirə getmək şansı olacaq.

Potensial pley-offlarda Asiya Futbol Konfederasiyası (AFC) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hər birindən iki komandanın iştirakı gözlənilir.

Buna görə də həlledici seçmə oyunda Bosniya və Herseqovinaya uduzan İtaliya millisinin dünya çempionatına vəsiqə əldə etmək üçün daha bir şansı ola bilər.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Oxşar xəbərlər

Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib
Klublararası dünya çempionatı: Pley-offa vəsiqə qazanan 8 komanda bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər