Antonio Konte İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd olub
Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd olub.
"Sizinxeber.az"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidentliyinə namizədlər Covanni Malaqo və Cankarlo Abete "Napoli"nin hazırkı çalışdırıcısının yığmaya qayıtmasını dəstəkləyirlər.
Mənbənin məlumatına görə, Malaqo və Abete prezidentlik yarışında əsas iddialçılar hesab olunurlar. Baxmayaraq ki, bir müddət əvvəl Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertini kimi əfsanələrin də seçkilərə qatıla biləcəyi barədə şayiələr yayılmışdı.
Hazırda Antonio Konte üçün əsas alternativ variantlar kimi Roberto Mançini və Massimiliano Alleqrinin adları çəkilir.
İtaliya Futbol Federasiyasının yeni prezidenti iyunun 22-də seçiləcək. Bu səbəbdən millinin ayın əvvəlində keçiriləcək növbəti iki oyunu baş məşqçi vəzifəsini icra edən mütəxəssisin rəhbərliyi altında baş tutacaq.
Qeyd edək ki, Kontenin "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Oxşar xəbərlər
Antonio Konte A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib
İtaliya millisinin sabiq futbolçusu yığmaya məşqçi təyin olunub
Roberto Mançini Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postundan ayrılıb
Millinin baş məşqçisi İtaliya futbolunun Şöhrət Zalına daxil ediləcək
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançini vəzifəsindən ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
