Felipe Santos Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legioner buna XXVI turda "Sabah"a uduzduqları (2:4) matçda nail olub.
Hücumçu 109-cu oyununda "25"ə çatıb. Turnirdə 2021/2022 mövsümündə debüt edən vinger üç klubda forma geyinib.
Santos "Şamaxı"da 6 (21 oyunda), "Qəbələ"də 3 (35 oyunda), "Araz-Naxçıvan"da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.
Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurub
“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub
"Zirə"nin legioneri Premyer Liqada 50-ci qolunu vurub
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
