Azərbaycan millisinin sabiq futbolçusu: "Qarabağ" fürsətlərdən yararlansa, Bakıya sərfəli nəticə ilə qayıdacaq"
"Qarabağ" Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yaxaladığı fürsətlərdən yararlansa, səfərdən yaxşı nəticə ilə qayıdacaq.
Bu barədə "Report"a Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov açıqlama verib.
46 yaşlı keçmiş yarımmüdafiəçi "köhlən atlar"ın bugünkü matçı ilə bağlı fikirlərini bölüşüb:
"Qarabağ" səfərdə minumum nəticəni əldə etməyə çalışacaq. Azərbaycan çempionu məğlub olmaq istəməyəcək. Təmsilçimizə ümidim böyükdür. "Qarabağ"ın özünəməxsus oyun üslubu var. İstənilən rəqibə qarşı da oynaya bilirlər".
C.Sultanov Macarıstan çempionunun da yaxşı kollektiv olduğunu söyləyib:
"Onların da təhlükəli oyunçuları var. Hətta daha əvvəl "Qarabağ"a məğlub olublar. Böyük ehtimalla onun əvəzini çıxmağa çalışacaqlar. Amma komandamız yaxaladığı fürsətlərdən maksimum dərəcə istifadə etməlidir. Bunu bacarsalar, səfərdən yaxşı nəticə ilə qayıdacaqlar".
Yığmanın sabiq üzvü Liqa mərhələsi ilə bağlı danışmağı tez olduğunu sözlərinə əlavə edib:
"Mənə görə şanslar bərabərdir. İlk oyun olduğu üçün bunu deyirəm. Düşünürəm ki, cütün taleyinə Bakıda aydınlıq gələcək. "Qarabağ"a uğurlar arzulayıram. Azərbaycana yaxşı nəticə ilə qayıdacaqlarına ümid edirəm".
Qeyd edək ki, bu gün keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
Oxşar xəbərlər
Ceyhun Sultanov: “İrlandiya klubunun “Qarabağ”la oyunda geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur”
Şimali Makedoniya klubunun futbolçusu: "Qarabağ"ı məğlub etməyə çalışacağıq"
"Ferentsvaroş"un sabiq futbolçusu: "Qarabağ" beynəlxalq təcrübəyə malik komandadır"
"Qarabağ"ın kapitanı: "Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq"
“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
