Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "Zirə"nin qonağı olacaq
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Araz-Naxçıvan" bu gün "Zirə"nin qonağı olacaq


Misli Premyer Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.

"Sizinxeber.az"un məlumatına görə, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Misli Premyer Liqası

1-ci dövrə, I tur

19 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq
Premyer Liqa: "Səbail" "Kəpəz"lə, "Zirə" "Şamaxı" ilə üz-üzə gələcək
Azərbaycan çempionatında turun açılış oyununu FIFA referisi idarə edəcək
Premyer Liqa: XXXV turun hakim təyinatları açıqlanıb
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər