Qurban Qurbanov: Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"
"Qarabağ" "Ferentsvaroş" qarşı səhvsiz oynamağa çalışacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
