"İmişli"nin legioneri: "Turan Tovuz"la oyun gərgin keçəcək"
sizinxeber.az xəbər saytı

"İmişli"nin legioneri: "Turan Tovuz"la oyun gərgin keçəcək"


"İmişli"nin Misli Premyer Liqasının I turunda "Turan Tovuz"a qarşı keçirəcəyi matç gərgin olacaq.

"Report" xəbər verir ki, bu barədə "İmişli"nin futbolçusu Ronaldo Rodriges de Souza klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandasına inandığını söyləyib:

"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

"Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq
"Turan Tovuz" və "Qarabağ" komandalarının oyunu təyin olunmuş vaxtdan gec başlayacaq
Premyer Liqada XI tura bir oyunla start veriləcək
Premyer Liqa: Son turda “Turan Tovuz” “Kəpəz”i məğlub edib
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər