Bolqarıstan klubu azarkeşləri üçün "Sabah"dan 400 bilet istəyib
sizinxeber.az xəbər saytı

Bolqarıstan klubu azarkeşləri üçün "Sabah"dan 400 bilet istəyib


UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Masazırda "Sabah"ın qonağı olacaq Bolqarıstanın "Levski" klubu azarkeşləri üçün 400 bilet istəyib.

Bu barədə "Sizinxeber.az"a Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

O, Bolqarıstan klubunun Bakıya gələcəyi tarixi də açıqlayıb:

"Levski" Bakıya avqustun 13-də, günorta saatlarında çatacaq. Həmin gün rəqib komandanın baş məşqçisinin mətbuat konfransı və ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək. "Levski" öz azarkeşləri üçün 400 bilet istəyib".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

Konfrans Liqası: Moldova klubu azarkeşləri ilə bağlı "Sabah"a müraciət etməyib
UEFA Konfrans Liqası: "Sabah" -"Makkabi" matçına 3000 bilet satılıb
"Sabah" Bolqarıstanda dəstəksiz qalmayacaq
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı açıqlanıb
"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər