"Çelsi" "Kristal Pelas"ın müdafiəçisi ilə maraqlanır
"Çelsi" İngiltərənin digər klubu "Kristal Pelas"ın müdafiəçisi Mark Kehi ilə maraqlanır.
“Sizinxeber.az”un “Mirror”a istinadən məlumatına görə, London klubu bu yay almaq istədiyi 24 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq (57,5 milyon avro) ödəməyə, həmçinin oyunçularından birini müqaviləyə daxil etməyə razıdır.
“Kristal Pelas” isə müdafiəçinin satışından 70 milyon funt-sterlinq (80,5 milyon avro) qazanmaq niyyətindədir.
Qeyd edək ki, M.Kehi cari mövsüm komandanın heyətində bütün turnirlərdə 37 oyun keçirib, üç qola və iki məhsuldar ötürməyə imza atıb. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalı arxa xətt oyunçusunu 45 milyon avro dəyərində qiymətləndirir.
Oxşar xəbərlər
"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır
"Çelsi"nin yarımmüdafiəçisi karyerasını İspaniyada davam etdirə bilər
"Çelsi" müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb
"Çelsi" futbolçuların satışından 200 milyon funt-sterlinq qazanmaq istəyir
"Barselona"nın ən çox qazanan futbolçusu müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













