“Qarabağ” pley-offdakı potensial rəqiblərini daha əvvəl mübarizədən kənarlaşdırıb - ARAŞDIRMA
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə pley-offda üz-üzə gələcək.
“Report” xəbər verir ki, Ağdam klubu “Şkendiya”ya uduzacağı halda yenə sözügedən cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın daha əvvəl də adıçəkilən rəqiblərlə yolu kəsişib və yalnız Bolqarıstan təmsilçisinə məğlub olub.
"Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə (1:2, 7:2) əsasən Bolqarıstan komandasını mübarizədən kənarlaşdırıb.
Komandalar arasında daha əvvəl iki yoxlama matçı da baş tutub. 2018-ci ildə keçirilən görüşdə heç-heçə qeydə alınıb - 1:1. Bundan bir il sonra baş tutan qarşılaşmada isə Bolqarıstan təmsilçisi 2:0 üstün olub.
Son Azərbaycan çempionu Macarıstan klubu ilə 3 dəfə görüşüb.
Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin “Qarabağ” səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb.
Komandalar arasında 2023-cü ildə baş tutan yoxlama matçında isə 3:3 hesabı qeydə alınıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək.
Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də baş tutacaq.


width="220" alt="“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib" />
width="220" alt="Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub" />
width="220" alt=""Qarabağ"ın UEFA Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəlib" />
width="220" alt=""Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib" />
width="220" alt=""Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />