“Araz-Naxçıvan”ın Yunanıstana səfər planı məlum olub
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində Yunanıstanın “Aris” klubunun qonağı olacaq “Araz-Naxçıvan”ın səfər planı müəyyənləşib.
Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan təmsilçisi Yunanıstana iyulun 29-da yollanacaq. Bir gün sonra isə baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı nəzərdə tutulub.
Klub rəsmisi “Araz-Naxçıvan”ı “Aris”lə oyunda dəstəkləmək üçün hələ ki, heç bir azarkeşin müraciət etmədiyini deyib.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" görüşü iyulun 31-də Salonikidəki "Klintis Vikelidis" stadionunda, Bakı vaxtı ilə 22:15-də start götürəcək. Naxçıvan təmsilçisi Bakıda baş tutan oyunda qələbə qazanıb - 2:1.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” – “Aris” oyununa satılan biletlərin sayı açıqlanıb
"Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq
Konfrans Liqası: "Araz-Naxçıvan" - "Aris" oyunu başlayıb
“Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstan klubunun yoldaşlıq görüşlərindəki rəqibləri müəyyənləşib
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi qapıçı transfer edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













