"Kəpəz" klubunda struktur dəyişikliyi həyata keçirilir
"Kəpəz" klubunda struktur dəyişikliyi həyata keçirilir.
Bunu "Report"a Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib.
O, bu prosesin tezliklə başa çatacağını söyləyib:
"Klubumuzda struktur dəyişikliyi həyata keçirilir. Namiq Qədirov klubdan ayrılsa da, ötən mövsüm olduğu kimi, yeni mövsümdə də "Kəpəz"ə dəstəyini əsirgəməyəcək. Onun əvəzinə Adil Vəliyev klubun İdarə Heyətinin sədri təyin olunacaq. Fərman Əlizadə hazırda İdarə Heyətinin üzvüdür və ümumi işlərə nəzarət edir. Erkin İbrahimov da İdarə Heyətinin üzvüdür. O, seleksiya və əsas komandanın formalaşması ilə məşğuldur. Afiq Süleymanov isə İdarə Heyətinin üzvü kimi qalır. Struktur dəyişilikləri tam başa çatdıqdan sonra klub tərəfindən rəsmi açıqlama veriləcək".
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü 9-cu pillədə başa vurmuşdu.
Oxşar xəbərlər
"Kəpəz" rəsmisi: "Erkin İbrahimov getməyib, klubdadır"
Erkin İbrahimov “Kəpəz”dən ayrıldığını təsdiqləyib
"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başlayıb
"Kəpəz"in legioneri: Klubun tarixinə düşdüyüm üçün xoşbəxtəm
AKTA-ya yeni icraçı direktor təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












