"Karvan" yeni transferini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Karvan" yeni transferini açıqlayıb


"Karvan" klubu yeni transferini açıqlayıb.

"Report" Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

"İnter" klubu yeni transferini açıqlayıb
"Barselona" klubu yeni transferini açıqlayıb
"Qəbələ" Abdullahi Şuaybunun transferini açıqlayıb
"Karvan" İngiltərə klubunun yetirməsini transfer edib
"Kəpəz" yeni transferini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər